Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
TÜRK DÜNYASI

Türkiyədə “12 dəqiqəlik” panika – Baş Qərargahdan açıqlama

<b>Türkiyədə “12 dəqiqəlik” panika – Baş Qərargahdan açıqlama</b>

Türkiyə mətbuatında sürətlə yayılan “hərbi xidmət müddəti uzadıldı” xəbəri qardaş ölkədə böyük rezonansa səbəb olub

Axar.az xəbər verir ki, xəbərin yayılmasından cəmi 12 dəqiqə sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məsələ ilə bağlı açıqlama verilib.
Baş Qərargah hərbi xidmətin müddəti ilə bağlı xəbərləri qəti şəkildə təkzib edib və bu tip xəbərlərin həqiqəti əks etdirmədiyi bildirib.
“Hürriyət”in Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yaydığı xəbərin yalan olduğunun açıqlanmasından sonra nəşr xəbərdə düzəliş edib. Düzəlişdən sonra isə saxta xəbərin mənbəyinin media qurumlarına “Baş Qərargah” başlığı ilə göndərilmiş yazı olduğuna diqqət çəkilib.
Hazırda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının adından istifadə edilərək mətbuat orqanlarına saxta açıqlama verilməsi iddiası ilə yanaşı, kiber hücum nəticəsində elektron poçt sisteminin ələ keçirilməsi versiyası da araşdırılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv