Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
DÜNYA

Rus xəfiyyələri niyə təcili ABŞ-a getdi? - MKİ şefi açıqladı

<b>Rus xəfiyyələri niyə təcili ABŞ-a getdi? - MKİ şefi açıqladı</b>

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiya xüsusi xidmət orqanlarının rəhbərlərinin Vaşinqtona niyə səfər etdiklərini açıqlayıb

Axar.az xəbər verir ki, Pompeo bu görüşlərin mütəmadi xarakter daşıdığını bildirib.
“Biz mütəmadi olan rusiyalı həmkarlarımızla görüşürük. Burada məqsəd amerikalıların təhlükəsizlikdə olmasıdır. Danışıqlarda əsas müzakirə mövzusu tərəflər arasındakı fikir ayrılıqları olub. Rusiyanın düşmən olmasına baxmayaraq, biz onlarla əməkdaşlıq edirik. Belə olmasaydı, biz amerikalıların həyatını ciddi təhlükə altına qoymuş olardıq”, - Pompeo deyib.
Qeyd edək ki, Vaşinqtona Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov səfər edib. Narışkin və Bortnikov Vaşinqtonda Pompeo ilə görüşüb. Korobovun görüşləri barədə isə heç bir məlumat yoxdur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv