Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
DÜNYA

Əsəd yaxın ətrafına ABŞ casusları necə yerləşdirilib?

<b>Əsəd yaxın ətrafına ABŞ casusları necə yerləşdirilib?</b>

ABŞ Rusiya və İrana qarşı Suriyada fəaliyyət qabiliyyətini artırmaq üçün PYD-YPG terror qruplaşmalarının üzvlərini gizli şəkildə Suriyanın kəşfiyyat xidmətinə (Muhaberat) sızdırıb

Axar.az xəbər verir ki, “Xəbərtürk” həmçinin Əsəd rejimində bəzi yüksək vəzifəli şəxslərin də ABŞ-ın adamı olduğunu yazıb.
“ABŞ bölgədə ən vacib fiqurdur. Silahlanlanmış və yaşadıqları ərazini müdafiə edən YPG-ni rejimə qarşı kəşfiyyat materialları toplayan bir quruma çevirib. Suriyada öz əsgərini istifadə etmək istəməyən ABŞ Rakkada YPG-dən quru qoşunları kimi istifadə etdi. Kürdləri Rusiyaya vermək istəməyən ABŞ bizi nəzarətdə saxlamaq üçün silahlarla təmin etdi. Yatırımların qarşılığı himayələrində qalmaq idi və elə də oldu”, - Suriya kəşfiyyat xidmətinə etirafında YPG-çi casus deyib.
Xüsusən son 1,5 il ərzində Suriya rejiminə sızan YPG-çı sayının hətta Əsəd rejimini belə qorxudacaq səviyyəyə çatdığı bildirilib. Hazırda “Muhaberat”da 311 ABŞ-YPG casusunun olduğu bildirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv