Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

İntiharların şok statistikası: hər 3 gündə 4 nəfər…

<b>İntiharların şok statistikası: hər 3 gündə 4 nəfər…</b>

Hər 3 gündə 4 nəfər intihar edir, onlardan 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərdən 1-i qadın, hər 10 nəfərdən 1-i isə uşaqdır

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu son dövlər intihar halları ilə bağlı statistika barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, rəqəmlər göstərir ki, ötən il intiharlar 2016-cı ilə nisbətən 34 faiz artıb:
“Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu o deməkdir ki, 2016-cı ildə hər 10 gündə orta hesabla 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə orta hesabla 4 nəfər özünə ölümlə nəticələnən qəsd edib”.
Q.İbadoğlu bildirib ki, burada diqqəti 3 məqama cəlb etmək lazımdır:
“Birincisi, ölümlə nəticələnən özünəqəsdlərin statistikasının trend təhlili göstərir ki, intihar hadisələrinin dinamikası pozitivdir, yəni ildən-ilə artır. Belə ki, özünəqəsd zamanı ölüm əmsalı 2016-cı ildə gündə 0,89, ötən il və cari ildə isə 1,35 olub. Beləliklə də intiharlar 2017-ci ildə 2016-cı illə müqayisədə 34 faiz artıb.
İkincisi, ölümlə nəticələnən özünəqəsdlərin statistikasının struktur təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır. Belə ki, ötən ay bu səbəbdən dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. Ötən ay intihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə uşaq olub”.
Ekspert əlavə edib ki, bu artım dinamikasına baxmayaraq, hələ də cəmiyyətin və rəsmi qurumların müşahidəçi mövqeyini saxlaması arzulanan deyil.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv