Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
TÜRK DÜNYASI

Türk tankının vurulmasında “dost izi”

<b>Türk tankının vurulmasında “dost izi”</b>

ABŞ-ın PYD-YPG terrorçularına verdiyi silahlar məsələsi Türkiyəyə məxsus “Leopard” tankının vurulması və heyətinin şəhid olmasından sonra növbəti dəfə gündəmə gəlib

Axar.az xəbər verir ki, Türkiyə Silahı Qüvvələrinin Baş Qərargahında texnikanın məhz hansı tank əleyhinə raket sistemi ilə vurulması ehtimalları araşdırılır.
ABŞ-ın terror qruplaşması PKK-ya verdiyi 5 min TIR silahın içərisində tank əleyhinə raketlər əhəmiyyətli yer tutur. Terrorçuların əlində təxminən minə yaxın tank əleyhinə raketin olduğu ehtimal olunur. Bu silahlar arasında Türkiyəyə belə satışı təsdiqlənməyən sonuncu nəsil tank əleyhinə raketlər sayılan “Javelin”in də olduğu Rakka əməliyyatından sonra məlum olub. ABŞ istehsalı olan AT-4 və TOW silahlarından əlavə PKK-PYD terror qruplaşmasına həmçinin Rusiya istehsalı “Konkurs” və “Kornet” kimi tank əleyhinə raketlərin də verildiyi məlumdur.
Afrin əməliyyatından əvvəl mümkün hücum zamanı terrorçuların Türkiyəyə qarşı “Javelin” , “Milan” və TOW tank əleyhinə raket sistemlərindən istifadəsi ehtimalları nəzərdən keçirilib. Məhz Afrinin şimal-şərqində Şeyx Xoruz dağı istiqamətində Türkiyəyə məxsus “Leopard” tankının vurulmasında da “Javelin”dən istifadə oluna biləcəyi hazırda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının araşdırdığı ehtimallar sırasında göstərilir. “Tank qatili” olaraq bilinən “Javelin”lə yanaşı, türk tankının həmçinin Rusiya istehsalı 9M113 Konkurs tank əleyhinə raket sistemi ilə vurulması iddiası da qardaş ölkənin ordu komandanlığı tərəfindən araşdırılır.
Məsələ ilə bağlı danışan türk ekspert Abdullah Ağar 5 əsgərin şəhid olduğu hücum zamanı atılan raketin mənşəyinin əhəmiyyətli olmadığını bildirib:
“Rusiya və ya Çin istehsalı ola bilər. Ancaq o silahları, raketləri və sursatları PKK-PYD terror qruplaşmasına verən məhz elə ABŞ-ın özüdür”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv