Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
SİYASƏT

Sərkisyan “aprel müharibəsi”ni yada saldı – Şok etiraflar

<b>Sərkisyan “aprel müharibəsi”ni yada saldı – Şok etiraflar</b>

Ermənistanda ordunun yaranmasının ildönümünün bayram edilməsi ilə bağlı mübahisələr meydana gəlib

Publika.az xəbər verir ki, bəzi erməni siyasətçilər ümumiyyətlə, ordu bayramından imtina edilməsi fikri ilə çıxış edirlər. Onların fikrincə, Ermənistan hakimiyyəti vətəndaşların azadlığını boğmaq üçün təhlükəsizlik məsələsini əsas mexanizmə çevirib.
Məşhur erməni politoloq Manvel Sərkisyan qeyd edir ki, hazırda ən genişmiqyaslı manipulyasiyalar ordu üzərindən aparılır:
“Rejim “millət-ordu-kilsə” tezisindən çıxış edərək, vətəndaşların azadlığını boğur. Əgər kimsə azad şəkildə etiraz edirsə, bu, “ölkənin müdafiə qabiliyyətinin dağıdılması” olaraq dəyərləndirilir və “ictimai qınaq” mexanizmi önə çıxır. Lakin rejim bunu həyata keçirsə də əsl məqsədinin nə olduğunu gizlədə bilmir. Ermənistanda kriminal-oliqarxiya siyasi sisteminin yarandığı, korrupsiya sxemləri vasitəsilə ordudan yayınan xüsusi kastanın formalaşdığı və orduda yalnız kasıbların xidmət etdiyi aksiomaya çevrilib”.
M.Sərkisyan ölkədə dərin etibarsızlığın kök saldığına diqqət çəkir.
“Millət-ordu” strategiyası çərçivəsində xüsusi kastaya yanaşmanı qanuniləşdirmək niyyətləri də aydn görünür. Aydındır ki, belə yanaşma heç vaxt cəmiyyəti və ordunu birləşdirə bilməz. Əksinə, rejim korrupsiyanın yeni sferalarını yaradır və haqsızlıq dərəcəsini gücləndirir. Bu isə ordu və təhlükəsizlik məsələsinə vətəndaşların neqativ münasibətini yaradır. Yəni ordu xalqın doğma övladı olmur, əksinə, onların gözündə hər şeyi yeyən bədheybətə çevrilir”, - deyə o bildirib.
Erməni politoloq “aprel müharibəsi”ni yada salır və deyir ki, “bu, müharibə Ermənistan ordusundakı vəziyyəti və rejimin ordu üzərindən varlandığını açıq şəkildə göstərdi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv