Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SOSİAL

Ekspertdən nazirliyə irad: Bu sualları düşmən yazıb?

<b>Ekspertdən nazirliyə irad: Bu sualları düşmən yazıb?</b>

Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin orta məktəb şagirdləri arasında keçirdiyi fənn olimpiadasının rayon turuna salınan suallarla bağlı tənqidi fikirlər səsləndirib

Kult.az xəbər verir ki, o, tarix fənni üzrə olimpiada suallarının hamısının əzbərçi və hafizə yönümlü olduğunu qeyd edib:
“Bu sualları ya əmək müəllimi yazıb, ya da tarix elminin, şagirdlərin düşməni. Maraqlıdır ki, 10 ildir kurikulum standartları ilə dərs keçirilir, amma 1 sualda belə kurikulum reallaşdırılmayıb. Ay bu sualı seçən, ay bu olimpiadaya rəhbərlik edən, burada bir sualda yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi göstərin. Bu nə sualdır? Şagirdin nəyinə lazımdır o qədər özbək, uyğur şairinin adını yadında saxlasın? Və ya nə qədər pambıq, badımcan yığılıb? Kitabı qabağına qoymaqla sual yazmaq olar, amma unutmayın ki, şagird o suala cavab yazanda qabağında kitab olmur”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv