Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
HADİSƏ

11 aprel hansı hadisələrlə yadda qalıb?

<b>11 aprel hansı hadisələrlə yadda qalıb?</b>

Bu il 11 aprel ölkə üçün əhəmiyyətli tarixə çevriləcək

Ölkə təqvimində 11 aprel ilə bağlı bu günə qədər heç bir yaddaqalan hadisə baş verməmişdi. Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla oktyabrda baş tutması gözlənilən seçkinin 11 aprel tarixinə təyin edilməsi bu günü ilin ən əhəmiyyətli tarixi etmiş oldu.
Axar.az xəbər verir ki, Azərbaycan üçün sözügedən tarix bu ildən seçki günü kimi tarixə düşsə də, müxtəlif ölkələrdə bu tarix başqa hadisələrlə yadda qalıb.
1899-cu ilin 11 aprelində o vaxtlar İspaniya torpaqları olan Puerto Rikonu ispanlar ABŞ-a güzəştə gediblər.
1905-ci il 11 aprel tarixində Eynşteyn Nisbilik Nəzəriyyəsini açıqlayıb.
1919-cu ildə isə Sinqapur müstəqilliyini elan edib. 1979-cu il aprelin 11-də Uqanda diktatoru İdi Amin hakimiyyətdən gedib.
İran prezidenti olmuş Mahmud Əhmədinejad 2006-cı ilin bu tarixində İranın uranı müvəffəqiyyətlə zənginləşdirdiyini elan edib.
2011-ci ilin 11 aprelində Minsk metrosunda dəhşətli terror aktı baş verib. Axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasının partladılması 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv