Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Azərbaycan siyasi iradə nümayiş etdirir - İsakzai

<b>Azərbaycan siyasi iradə nümayiş etdirir - İsakzai</b>

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük siyasi iradə nümayiş etdirir

Axar.az xəbər verir ki, bunu BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi Qulam İsakzai Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimdə deyib.
İsaqzai BMT-nin yoxsulluğun aradan qaldırılmasında Azərbaycan hökumətilə sıx əməkdaşlıq etdiyini bildirib:
“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük siyasi iradə nümayiş etdirir. Bu çərçivədə bir ildən az müddətdə milli hesabat hazırlanıb və əlaqələndirmə şurası yaradılıb. Hazırlanan hesabat 2017-ci ilin iyun ayında Əli Əhmədov tərəfindən BMT-yə təqdim edilib. Həmin vaxtdan etibarən Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədinin Yol xəritəsi üçün BMT-yə müraciət edib.
Qulam İsakzai bildirib ki, 2015-ci ildə Dayanıqlı İnkişafa dair sənəd qəbul olunub:
“193 ölkə yekdilliklə yoxsulluğu azaltmaq, ekologiyanın pisləşməsnin qarşısını almaq, ana və uşaq ölümünə dair öhdəlikləri öz üzərinə götürüb. Amma qeyd etməliyəm ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliklər hələ də diqqətli dəyərləndirilməyib. Bu məsələni həyata keçirmək asan iş deyil”.
BMT-nin Rezident Əlaqələndiricisi qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə qarşıda 13 il və 169 hədəf var.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv