Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
DÜNYA

Ölkədə talançılıq davam edir – Sərkisyan

<b>Ölkədə talançılıq davam edir – Sərkisyan</b>

Ermənistanda dünən Yelk Blokunun təşkilatçılığı ilə qiymət artımına qarşı etirazlar keçirilib

Axar.az xəbər verir ki, mitinq İrəvanın Aznavur meydanında start götürüb. Mitinqdə Yelk Blokundan olan deputatlar Artak Zeynalyan, Mane Tandilyan, Edmon Marukyan, Aram Sərkisyan və Nikol Paşinyan çıxış ediblər. Deputatlar çıxışları zamanı hökumətin ölkədə yaşanan qiymət artımı ilə mübarizə aparmaq gücündə olmadığını bildiriblər.
Deputat Aram Sərkisyan çıxışı zamanı hökumətin özünün oturduğu budağı kəsməyəcəyini bildirib. Onun fikrincə, hökumət bundan sonra da qiymət artımını davam etdirəcək:
“Qiymət artımı ilk növbədə hökumətlə və iqtisadiyyatın diriliyi ilə bağlıdır. Əgər bu siyasət davam etsə, miqrasiya axını azalmayacaq, iqtisadiyyat bərpa edilməyəcək. Ermənistana möcüzə lazımdır. Korrupsiya ilə mübarizəyə dair bütün bəyanatlara rəğmən, ölkədəki talançılıq davam edir. Ermənistan IT sferasının, mədən sənayesinin inkişafına və investisiyalara ehtiyac duyur. Talançılıq sonsuza qədər davam edə bilməz. Zaman gələcək və bütün resurslar tükənəcək”.
Mitinq zamanı həmçinin polislə etirazçılar arasında insident də yaşanıb. İnsidentə səbəb polisin etirazçılara Maştots prospekti boyunca hərəkət etmələrinə imkan yaratmamaları olub. Bundan sonra deputat Nikol Paşinyan polislərə müraciət edərək, polislər və onların ailələri üçün də mübarizə aparmağa gəldiklərini bildirib. Bundan sonra insident bitib və etirazçılar polisin göstərdiyi istiqamət boyunca hərəkət ediblər.
Paşinyan mitinqin sonunda da çıxış edib. O, Yelk Blokunun sabahdan etibarən Milli Məclisdə bahalaşma ilə bağlı növbədənkənar iclasın keçirilməsi üçün imzatoplama kampaniyasına başlayacaqlarını bildirib:
“Bizim dəqiq fəaliyyət planımız var və onlar növbəli şəkildə reallaşdırılacaq. Biz həmçinin vergi reformları da hazırlamışıq”.
Qeyd edək ki, bu, Yelk Blokunun cari il ərzində ikinci mitinqi olub. Birinci mitinq yanvarın 19-da baş tutub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv