Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
DÜNYA

Baş nazir müdaxilə etdi: 10 nazir korrupsiyaya görə...

<b>Baş nazir müdaxilə etdi: 10 nazir korrupsiyaya görə...</b>

Yunanıstanın Baş naziri Aleksis Çipras İsveçrənin “Novartis” əczaçılıq şirkətinin ölkədəki filialı ətrafında baş verən korrupsiya qalmaqalı ilə əlaqədar yüksək rütbəli siyasətçilərin rüşvət alması barədə sənədləri parlamentə təqdim edəcək

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın Ədliyyə naziri Stavros Kontonis danışıb.
Məlumata görə, qalmaqallı məsələdə 2 keçmiş baş nazirin və 8 keçmiş nazirin adı hallanıb. “Novartis”lə bağlı iddiada adı səsləndirilən rəsmilərdən bir çoxu mətbuatda gedən xəbərləri təkzib edib.
Ədliyyə naziri təqsirləndirilən məmurların adlarını çəkməsə də, “Novartis” şirkəti ilə bağlı rüşvət iddialarının müasir Yunanıstan dövlətçiliyi tarixinin ən böyük qalmaqalı adlandırıb.
Qeyd edək ki, daha əvvəl “Siemens” şirkəti ətrafında baş verən rüşvətxorluq iddiaları yunan hökumətinə 2 milyard avroya başa gəlmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv