Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
İQTİSADİYYAT

İqtisadiyyat naziri Türkiyə, Gürcüstan və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

<b>İqtisadiyyat naziri Türkiyə, Gürcüstan və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb</b>

Fevralın 6-da Pekində keçirilmiş "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfrans çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

Türkiyənin Nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək ilə keçirilmiş ikitərəfli görüşdə 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 16% artdığı, qarşılıqlı investisiya qoyuluşlarının davam etdiyi, Türkiyənin də iştirakçısı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyi, digər layihələr üzrə işlərin davam etdirildiyi məmnunluqla vurğulanıb, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və genişləndirilməsi, nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın, ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
Nazir Şahin Mustafayevin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşündə ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi, birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əlaqələrimizin inkişafında əhəmiyyəti qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
İqtisadiyyat naziri Şahin Mustafayevin Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar ilə keçirilmiş görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya sahəsində əlaqələr, nəqliyyat-tranzit əməkdaşlığı, iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib, əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv