Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
İQTİSADİYYAT

İqtisadiyyat naziri Çinin İpək Yolu Fondunda olub

<b>İqtisadiyyat naziri Çinin İpək Yolu Fondunda olub</b>

Çinə səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev İpək Yolu Fondunun prezidenti Vanq Yanci ilə görüşüb

Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənədi xatırladaraq Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmiz Çinin “Kəmər və Yol” təşəbbüsünü dəstəkləyir və bu strategiya Transxəzər nəqliyyat dəhlizi ilə üst-üstə düşür. Şahin Mustafayev bu gün keçirilmiş "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfransın Transxəzər nəqliyyat dəhlizinin önəminin və üstünlüklərinin təbliği baxımından əhəmiyyətini qeyd edib.
İpək Yolu Fondunun prezidenti Vanq Yanci rəhbərlik etdiyi Fondun fəaliyyəti barədə məlumat verib, qurumun infrastruktur, enerji və təbii ehtiyatlar, sənaye və maliyyə əməkdaşlığı sahələrinə investisiyalar yatırdığını vurğulayıb. Vanq Yanci Azərbaycana Çin ilə əlaqələrin inkişafına və “Kəmər və yol” strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib, ölkəmizin vacib tranzit ölkə olduğunu deyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv