Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
DÜNYA

Bu ölkə vətəndaşları Rusiyadan qovulur

<b>Bu ölkə vətəndaşları Rusiyadan qovulur</b>

Rusiyada BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, Şimali Koreyadan olan miqrantların ölkədən çıxarılmasına başlanılıb

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora danışıb.
“Şimali Koreyadan olan işçilərə qoyulan qadağa Rusiya iqtisadiyyatına zərbə olacaq, ancaq biz BMT Təhlükəsizlik Şurasının qərarlarına ciddi şəkildə riayət edirik. Bir çox qubernator artıq işçilərin geri göndərilməsinə başlayıb”, - səfir bildirib.
Səfirin sözlərinə görə, Rusiya il ərzində Şimali Koreya vətəndaşlarına 12-15 min viza verir ki, bunların da təxminən 90 faizi qısa müddətli iş vizasıdır. Ümumilikdə isə Rusiyada kənd təsərrüfatı, tikinti və balıq sənayesi sahələrində 35 mindən artıq Şimalı Koreya vətəndaşı çalışıb. İşlədikləri sahədə ən azı Rusiya vətəndaşları qədər əməkhaqqı alan koreyalıların əldə edilən gəlirinin 40-50 faizi işçilərin özlərinə, yerdə qalan hissəsi isə Şimali Koreyaya şatıb.
Qeyd edək ki, Şimali Koreyaya idxal və ixrac qadağalarını müəyyən edən BMT-nin 2375 saylı qətnaməsi XXI əsrin ən sərt sanksiya rejimi hesab olunur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv