Son xəbərlər
23 MAY
22 MAY
DÜNYA

Rus Su-25-i vuruldu, ikinci qırıcı isə sona qədər... – Pilot danışdı

<b>Rus Su-25-i vuruldu, ikinci qırıcı isə sona qədər... – Pilot danışdı</b>

Suriyada təyyarəsi vurulduqdan sonra terrorçularla girdiyi döyüşdə öldürülən rus pilot Roman Filippovu müşayiət edən digər Su-25 təyyarəsinin pilotu onu havadan yanacağı və sursatı tükənənə qədər müdafiə edib

Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Qırmızı Ulduz” qəzetində yazı dərc olunub.
Filippovla birgə uçuş həyata keçirən təyyarənin pilotu ona təhlükədə olduğunu bildirib. Onun sözlərinə cavab olaraq Filippov təmkinli bir tərzdə vurulduğunu, təyyarənin sağ hissəsində yanğın baş verdiyini bildirərək, yoldaşından axtarış-xilasetmə qrupu çağırmasını istəyib.
“Sonra mənə “buludlara doğru get” dedi. Əlbəttə, mən bunu etmədim. Komandirini buraxıb getmək ən sonuncu işdir”, - pilot bildirib.
Rus hərbçi İdlibdə deeskalasiya zonasında uçuşların, adi hala çevrilsə belə, döyüş xarakteri daşıdığını, mütəmadi olaraq Nüsrə Cəbhəsinin nəzarət etdiyi ərazilərdə minaatan və kiçik çaplı silahlardan hücumların qeydə alındığını deyib.
“Mən həmişə komandirimi havada müdafiə etdim. O, vurulduqdan sonra döyüşə başladıqda isə bunu yerdə də davam etdirmək lazım gəlirdi. Həmin ərazidə qaldım və Romanın olduğu zeytun meşəsinə yaxınlaşan maşınlara bir neçə dəfə hücum etdim. 2 avtomobili məhv etdim. Komandirin düşdüyü yeri gördüm, ancaq aralarındakı döyüşü alatoranlıq olduğu üçün görmədim. Yalnız aerodroma qədər kifayət edəcək qəza yanacağımın qaldığı zaman geri dönməyə məcbur oldum”, - pilot qeyd söyləyib.
Qeyd edək ki, Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi fevralın 3-də İdlib ərazisində vurulub. Pilot katapult etsə də, terrorçularla atışmada həlak olub.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv