Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
DÜNYA

Tayvanda güclü zəlzələ: 4 ölü, 225 yaralı - Video

<b>Tayvanda güclü zəlzələ: 4 ölü, 225 yaralı - Video</b>

Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib

2018. 02.06. 20:00
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Yeraltı təkanlar adanın şimal-şərqində - Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
***
Zəlzələ nəticəsində ölkənin şərq sahilində yerləşən otellərdən biri uçub, 17 nəfər dağıntılar altında qalıb.
Sosial şəbəkələrdə paylaşılan məlumatlarda binaların və magistral yolların da zərər gördüyü bildirilib.
***
Tayvanın şərqində Hualyan şəhərində baş vermiş zəlzələ nəticəsində azı 188 nəfərin xəsarət aldığı açıqlanıb.
Güclü yeraltı təkanlar azı beş binanı dağıdıb, 560 ev elektrik enerjisiz qalıb, körpülər zədələnib, yol örtüklərində, səkilərdə çatlar yaranıb.
Tayvanın Müdafiə Nazirliyi 100 hərbi qulluqçunu axtarış-xilasetmə əməliyyatı üçün göndərib, yaxın vaxtlarda onlara 250 əsgər də qoşulmalıdır.
***
Tayvanda zəlzələ nəticəsində 2 nəfər ölüb, yaralıların sayı isə 202-ə çatıb.
***
Son məlumata görə, zəlzələ nəticəsində ölənləri sayı 4-ə çatıb, 225 yaralı var, 145 nəfərdən isə xəbər yoxdur. Zəlzələ daha çox Hualien şəhərində fəsadlar törədib. Burada 4 bina çöküb, 40 min insan susuz, təxminən 1000 nəfər isə işıqsız qalıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv