Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
İQTİSADİYYAT

Çinin Şaansi əyaləti ilə əməkdaşlıq müzakirə edilib

<b>Çinin Şaansi əyaləti ilə əməkdaşlıq müzakirə edilib </b>

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb

Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev Şaansi əyalətində yerləşən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştirak edə biləcəyini, parkın rezidentləri üçün tətbiq edilən güzəştlərdən, eləcə də investisiya təşviqindən yararlana biləcəyini vurğulayıb. Şaansidən olan iş adamları Ələt azad ticarət zonasında da iştirak edə bilərlər. Avtomobil sənayesi sahəsində əməkdaşlıq imkanları barədə danışan Şahin Mustafayev Şaansi avtomobil zavodunun istehsal etdiyi yük maşınlarının və avtobusların Azərbaycanda da satıldığını qeyd edib. Azərbaycanda yaradılan sənaye məhəllələri barədə məlumat verən iqtisadiyyat naziri birgə istehsalın təşkil oluna biləcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılmasının, İKT-nin əməkdaşlıq istiqamətlərindən olduğunu qeyd edib.
Şaansi əyalətinin qubernatoru Liu Quocun qədim İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını məmnunluqla müşahidə etdiklərini bildirib, "Kəmər və yol" strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndirildiyini bildirib. Vurğulanıb ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Çinə dövlət səfərini Şaansi əyalətindən başlaması əyalətlə Azərbaycan arasında əməkdaşlığın qurulması və genişləndirilməsi üçün yaxşı təməl rolunu oynayıb. Qubernator Sianda Transxəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını qeyd edərək, Azərbaycan nümayəndə heyətinin səfərinin Şaansi əyaləti ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsində əhəmiyyətli olacağını bildirib. Liu Quocun Şaansi əyaləti ilə Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğunu, hər iki tərəfin bu potensialdan faydalanacağını diqqətə çatdırıb.
Çinin Sian şəhərinə səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayev həmçinin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Li Cunxan ilə görüşüb. Görüşdə qeyd edilib ki, 75 ölkədən 90 təşkilatın daxil olduğu quruma 2016-cı ildən Azərbaycan Ticarət və Sənaye Palatası, AZPROMO və Azərbaycan Sahibkarlar Konfederasiyası da üzvdür.
Nazir Şahin Mustafayev İpək yolu ölkələri arasında ticarət-investisiya və mədəni əməkdaşlığın dəstəklənməsi sahəsində fəaliyyət göstərən fondla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, eləcə də ölkəmizin nəqliyyat, tranzit və investisiya imkanları barədə məlumat verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv