Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

İran neftin bahalaşmasından niyə narahatdır? – Ekspert

<b>İran neftin bahalaşmasından niyə narahatdır? – Ekspert</b>

“Brent” markalı neftin bir barrelinin qiyməti 65 dollaradək ucuzlaşıb

09:57
Axar.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl”ın yenidən dəyər itirməsini belə izah edib:
“Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar. Əvvəllər də qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı, spekulyativ müdaxilələrlə bağlı idi. Bəzi valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin qalxmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən quyuların sayında artımlar müşahidə edilir və bu da Şimali Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır”.
İqtisadçı bildirib ki, bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatlıqlarını gizlətmirdilər:
“Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Venesuela, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirimləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir. Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa, investorların bir qismi sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər. Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma, dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər”.
Qeyd edək ki, ən son məlumata görə, VTİ neftinin 1 barreli 61,70 dollar, “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 65,52 dollardır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv