Son xəbərlər
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
HADİSƏ

Diqqət: metro və avtobus kartları dəyişir

<b>Diqqət: metro və avtobus kartları dəyişir</b>

Yazda Bakının ictimai nəqliyyat istifadəçilərinə yeni təmassız ödəniş üsulu təklif ediləcək

Axar.az xəbər verir ki, bu barədə Trend ölkənin maliyyə bazarından olan mənbəyə istinadən informasiya yayıb.
Məlumata görə, söhbət həmçinin hazırda avtobuslarda və metropolitendə quraşdırılmış kart oxucularının interfeysini dəstəkləyəcək yeni kartlardan gedir.
Kartın balansını elektron hesablardan, həmçinin ödəniş terminallarından istifadə etməklə artırmaq mümkün olacaq (MilliÖN, eManat, ExpressPay və EasyPay).
Qeyd edək ki, hazırda Bakı Metropolitenində və "Bakı Bus" nəqliyyat şirkətinin avtobuslarında istifadə olunan nağdsız ödənişlər nəqliyyat kartları vasitəsi ilə həyata keçirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv