Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
DÜNYA

Bu silkələnmə Rusiyanı dağıdacaq – Rabinoviç

<b>Bu silkələnmə Rusiyanı dağıdacaq – Rabinoviç</b>

“Kreml hesabatı” onu göstərir ki, Rusiya 2014-cü ildən bu yana bütün dünya üçün zərərli ölkə statusu daşıyır və bu, gələcəkdə onu məhv edə bilər

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı iqtisadçı Slava Rabinoviçin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bu sənəd “Damokl qılıncı” kimi bütün rusiyalı iş adamlarının başı üzərində asılıb:
“İndiki halda bütün xarici investorlar, maliyyə müəssisələri, bank və ya şirkətlər rusiyalılarla əməkdaşlıqlarına şübhə ilə yanaşırlar. Ona görə ki, onlar hər an sanksiyalara məruz qalacaq biznes tərəfdaşları ilə işlədiklərini bilirlər. Bu, Rusiya Prezidenti Vladimir Putin və onun ətrafının fəaliyyətinin nəticəsidir. Onların daxili və xarici siyasətdə etdikləri ölkənin inkişafı üçün təhlükəlidir. Putin hər kəsin ümidini məhv etdi. Bu yolun nə zaman bitəcəyi bəlli deyil. Ölkənin maliyyə-iqtisadi və siyasi vəziyyətində geri dönüşü mümkün olmayan dəyişikliklər zamanı çatır. Bu ölkə hələlik necəliyi bəlli olmayan, amma tamamilə qaçılmaz olacaq silkələnmələr nəticəsində dağılacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv