Son xəbərlər
21 FEVRAL
20 FEVRAL
19 FEVRAL
SİYASƏT

YAP prezidentliyə namizədini elan etdi - Qərar

<b>YAP prezidentliyə namizədini elan etdi - Qərar</b>

09:12
Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib.
YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.
Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.
Sonra çıxış edən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanov, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ADA Universitetinin tələbəsi Emil Aslanlı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub.
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.
Qərar yekdilliklə qəbul olunub.
YAP-ın sədri, dövlətimizin başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv