Son xəbərlər
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Cəbhədə təxribat: atışmada erməni əsgər məhv edildi - MN

<b>Cəbhədə təxribat: atışmada erməni əsgər məhv edildi - MN</b>

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatını şərh edib

11:04
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan bölmələri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb: "Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir".
Qeyd edək ki, erməni mediası hərbi qulluqçusu Ayk Kələntəryanın atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumat yaymışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv