Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
DÜNYA

“Kasıb Putin“in inanılmaz sərvəti - Video

<b>“Kasıb Putin“in inanılmaz sərvəti - Video</b>

Rusiya Prezidenti Vladimir Putinin 6 illik gəliri açıqlanıb

2018.02.07 08:30
Axar.az xəbər verir ki, Kreml rəhbəri bu zaman kəsiyində təxminən 38.5 milyon rubl qazanıb. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumata görə, Putinin əsas gəliri maaşı və hərbi təqaüdü olub. Belə ki, Putinin fərqli banklarda açılan 13 hesabında təxminən 14 milyon rubl mövcuddur.
Kreml rəhbərinin Sankt-Peterburqda 77 kv/m mənzili və 18 kv/metrlik qarajı, həmçinin, Moskvada 157 kv/m mənzili var.
Dövlət başçısı eyni zamanda 1960 və 1965-ci illər istehsalı olan 2 ədəd QAZ-M21-ə, 2009 istehsalı "Niva"ya və 1987-ci ildə buraxılan katerə sahibdir.
Qeyd edək ki, yuxarıda sadalananlar Vladimir Putinin rəsmi açıqlanan sərvətidir. Qeyri-rəsmi olaraq Rusiya prezidenti dünyanın ən zəngin dövlət başçılarından biridir.
Ətraflı videoda:










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv