Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
İQTİSADİYYAT

Dollardan imtina etsək, nələr olar? – Vahid Əhmədov

<b>Dollardan imtina etsək, nələr olar? – Vahid Əhmədov</b>

MDB məkanında vahid valyutanı bərpa etmək müəyyən qədər dünyadan təcridolunma prosesinə gətirib çıxara bilər

MDB məkanında vahid valyutanı bərpa etmək müəyyən qədər dünyadan təcridolunma prosesinə gətirib çıxara bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, vahid valyutaya keçmək çox ciddi məsələdir və bunun üçün illərlə vaxt lazımdır:
“Çünki dollardan imtina adi məsələ deyil. Dünyada bir neçə dönərli valyuta varsa, bunlardan biri də dollardır. Dollar bütün dünyada dönərli valyuta kimi qəbul olunub. Çin, Rusiya, BRİKS ölkələri və bir sıra digər dövlətlər çox çalışdılar ki, dollardan imtina etsinlər və öz aralarında müəyyən bir valyuta tətbiq etsinlər. Ancaq bu cəhdlər nəticəsiz qaldı. İki dövlət aralarında müəyyən iqtisadi əlaqələri öz milli valyutaları ilə apara bilər. Ancaq ümumilikdə bütün sistemdə bunu birdən-birə ləğv etmək çox çətindir. Fikir verirsinizsə, bu gün kriptovalyutalarla əlaqədar nə qədər ajiotaj yaşanır. Ancaq 10-15 ildən sonra kriptovalyutalar əsas ödəmə valyutası olacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv