Son xəbərlər
23 MAY
22 MAY
HADİSƏ

Nazirlik BP və SOCAR-ı cərimələdi

<b>Nazirlik BP və SOCAR-ı cərimələdi</b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2017-ci ildə “BP Azərbaycan” şirkətini təbiətə vurduğu ziyana görə 184.000 manat, SOCAR-ı isə 76.186 manat cərimələyib

Axar.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı paylaşıb.
M.Qəhrəmanlı SOCAR strukturuna daxil olan qurumların ekologiyaya vurduqları zərər və nazirliyin tətbiq etdiyi cərimləri də açıqlayıb.
QHT sədri bildirib ki, 2017-ci ildə karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar Azneft İstehsalat Birliyi 38.182 manat cərimə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmçinin ətraf mühitə vurduğu ziyana görə SOCAR strukturuna daxil olan Neft Kəmərləri İdarəsini 6.664 manat, Qazma İşləri Trestini 6.207 manat, Qaradağ Neft emalı zavodunu 3.600 manat məbləğində cərimə edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv