Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
HADİSƏ

Azərbaycan diasporu - milli düşüncə və müsbət tendensiya...

<b>Azərbaycan diasporu -  milli düşüncə və müsbət tendensiya...</b>

Füzuli Məmmədov - 55

Bu gün diaspor Azərbaycan üçün strateji sahələrdən biri hesab olunur. Təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkəsində bu sahəyə ciddi diqqət ayrılır ki, bu da təsadüfi deyil. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və sahib olduğu resurslar ölkəmizə olan geosiyasi maraqları artırır. Bu faktor Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrlə yanaşı, eyni zamanda müxtəlif təzyiq vasitələrindən istifadə edən dövlətlərin sayını da artırır. Buna görə də Azərbaycan tarix boyu təzyqlərə məruz qalıb və bunun nəticəsində xalq olaraq böyük problemlər yaşamışıq. Buna itirilmiş ərazilərimizi, eyni zamanda Qarabağ problemini misal göstərə bilərik.
Bütün bu faktorlar dövlətin xarici siyasətinin güclü olmasını şərtləndirir. Amma o da bir həqiqətdir ki, hər hansı bir ölkənin xarici siyasətinin güclü olması təkcə dövlətdən asılı olan məsələ deyil. Burada eyni zamanda diaspor və lobbi çalışmalarının xüsusi əhəmiyyəti var. Bunu sübut edən konkret fakt kimi yəhudi lobbisini misal göstərə bilərik.
Strateji hədəflərə çatmaq üçün Azərbaycan diasporu daha da güclənməli və geniş təsir imkanlarına sahib olmalıdır. Daha mütəşəkkil olmaq, güclənmək üçün təbii ki, maliyyə mütləq və əsas şərtlətrdən biridir. Bu baxımdan da Azərbaycanlı iş adamlarının üzərinə xüsusi məsuliyyət düşür.
Bütün dövrlərdə iş adamları dövlətçiliyin möhkəmlənməsi və inkişafı üçün əsas rol oynayıblar. Müsir dövrdə isə iş adamlarının fəaliyyəti iqtisadiyyatın güclənməsi, eyni zamanda dövlətin sütunlarının daha da möhkəmlənməsi üçün əsas faktora çevriliblər. Təbii ki, burada iş adamlarının milli olması çox ciddi əhəmiyyət daşıyır.
Hamımıza bəllidir ki, ümumilikdə müxtəlif səbəblərdən azərbaycanlı iş adamları diaspor sahəsinə yatırım etmirdilər. Bunun səbəblərindən biri etimad mühitidir. Digər bir səbəb isə milli təfəkkürlə bağlıdır. Təbii ki, diaspor məsələlərinə xərclənən pul gəlir gətirmir və buna görə də bu məsələ bir çoxlarına maraqsız gələ bilər. Amma onu da unutmamalıyıq ki, milli məsələlərə yatırılan vəsit dövlətçiliyə və gələcəyimizə yatırım deməkdir.
Azərbaycanlı iş adamı, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovun milli məsələlərlə bağlı atdığı addımlar nümunəvi xarakter daşıyır və təqdirəlayiqdir. O indiyə qədər bir çox təşkilatların qurulması və inkişafında əsas rol oynayıb. Onun təşəbbüsü ilə yaranan təşkilatlar vasitəsilə orijinal və effektiv layihələr həyata keçirilib.
Qeyd edək ki, Füzuli Məmmədov Azərbaycandan kənarda yaşayır və fəaliyyət göstərir. Ölkədən kənarda qazandığı maliyyə vəsaitinin bir hissəsini Azərbaycan dövlətçiliyi və milli məsələlər üçün xərcləyir. Təbii ki, bu nümunəvi addım olmaqla yanaşı, eyni zamanda milli düşüncənin mıəhsuludur. Bu müsbət tendensiya da gələcəyə ümidlə baxmağımıza əsas verir. Füzuli müəllim bu günə qədər Azərbaycan diasporu və milli məsələlərlə bağlı böyük vəsait xərcləyib və bunu tam təmənnasız edib. “Azərbaycan dövlətinin güclənməsi və uğuru mənim üçün əsasdır”, - deyən Füzuli müəllim eyni zamanda strateji düşünən, dünyada, bölgədə gedən prosesləri mükəmməl təhlil etmək qabiliyyətinə malik olan bir ictimai xadimdir. Onun gördüyü işlər və atdığı ciddi addımlar Azərbaycan diasporu və iş adamları ilə bağlı müsbət tendensiyanın əsasını qoydu. Hazırki dönəmdə bu tendensiya Azərbaycan üçün çox ciddi əhəmiyyət daşıyır...

P.S
Onu da qeyd edək ki, bu gün Füzuli Məmmədovun 55 yaşı tamam olur. Füzuli müəllim bir insan kimi də müsbət keyfiyyətlərə sahibdir. O yüksək mədəniyyətə malik səmimi və qayğıkeş bir insandır. İnsanlara diqqətlə yanaşan Füzuli müəllim eyni zamanda millətinə, dövlətinə bağlı olan vətənpərvər bir şəxsiyyətdir. Bizə də Füzuli müəllimi təbrik etmək, ona can sağlığı və uğurlar arzulamaq düşür...

Əli Zülfüqaroğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv