Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
HADİSƏ

An-148-də ölən azərbaycanlı kriminal avtoritet imiş

<b>An-148-də ölən azərbaycanlı kriminal avtoritet imiş</b>

Rusiyada təyyarə qəzasında ölənlər arasında Qəhrəmanov Namiq adlı sərnişin də olub

2018.02.11, 19:44
Axar.az xəbər verir ki, onun azərbaycanlı olduğu ehtimal edilir.
Qeyd edək ki, bu gün Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib. Təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.
***
Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
Orskdakı Azərbaycan icmasından APA-ya verilən məlumata görə, N.Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
N.Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N.Qəhrəmanovun tikiş sexi olub.
***
Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov krminal aləmin üzvü olub.
Unikal.org-un xəbərinə görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı” ləqəbi ilə tanınan kriminal avtoritet olub.
O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da krminal aləmin üzvüdür və "İsim” ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv