Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
DÜNYA

Ağ Ev səhv etdi, Kreml isə qızıl şansını itirir

<b>Ağ Ev səhv etdi, Kreml isə qızıl şansını itirir</b>

ABŞ-ın Pakistana münasibəti Rusiyanın öz mövqelərini gücləndirməsi üçün uğurlu vakuum yaradıb

Bu iddia ilə “Deyli Tayms” qəzeti çıxış edib. Qəzet ABŞ-la Pakistan arasındakı gərginliyin Moskvanın regionda öz təsir dairəsini genişləndirmək üçün qızıl şans yaratdığını bildirib:
“Tarix göstərir ki, bu cür şanslar dövlətlərin əlinə on ildə, hətta yüz ildə bir dəfə düşür. Pakistan əsas regional oyunçudur. O, hazırda Rusiyanın radarında görünür və özünə regionda müttəfiq axtarır. ABŞ Prezidenti Tramp bir müddət öncə Pakistana 33 milyard dolların son 15 ildə hədər yerə xərcləndiyini bildirib. Bu bəyanatdan sonra Pakistanın alternativ və daha çox ABŞ-la müqayisə ediləcək gücə sahib olan müttəfiqə ehtiyacı yarandı. Belə bir vəziyyət Rusiyaya öz regional təsirini gücləndirməyə, Cənubi Asiyada aktiv fəaliyyət aparmağa imkan verir. Lakin Rusiya hazırda yaranan boşluğu doldurmağa o qədər də cəhd etmir. Buna isə bir neçə səbəb ola bilər. Əvvəla, hər iki ölkədə iqtisadi situasiya ürəkaçan deyil. Moskva və İslamabadın ortaq layihələrin icrası üçün yalnız məhdud resursları var. Digər tərəfdən isə iki ölkənin yaxınlaşmasına Moskvanın Pakistana münasibətdə qeyri-müəyyən addımları mane olur”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv