Son xəbərlər
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
HADİSƏ

Bakıda ikimərtəbəli binalar sökülür

<b>Bakıda ikimərtəbəli binalar sökülür</b>

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köhnə ikimərtəbəli binalar sökülür

Sovet dövründə tikilən köhnə ikimərtəbəli binaların sökülməsi hökumətin pilot layihəsinə əsasən həyata keçirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin nəzarəti ilə həyata keçirilən layihəyə əsasən binalar artıq boşaldılıb. Bəzilərinin söküntüsünə isə start verilib. Məlumata görə, sökülən ikimərtəbəli binanın yerində “Bakıxanov Residence”in növbəti onmərtəbəli binası inşa olunacaq.
Sökülən binaların sakinləri aparılan işlərlə əlaqədar artıq müvafiq yerlərə yerləşdirilib. Sakinlərin verdiyi məlumata görə, tikinti şirkəti tərəfindən onlara olduqca sərfəli təklif gəlib. Belə ki, müvəqqəti olaraq sakinlər kirayə evlərə yerləşdirilib. Kirayə haqları isə şirkət tərəfindən ödənilir. Kirayə qalmağa razı olmayan sakinlərə yaxınlıqda yerləşən eyni şirkətin inşa etdiyi hündürmərtəbəli binada mənzillər təklif edilib. Bununla razı olmayanlar isə ödənilən kompensasiya ilə istədikləri yerdə özlərinə mənzil ala bilərlər.
Edilən təkliflərdən biri də sakinlərin sökülməkdə olan mənzillərinin yerində tikiləcək binada eyni kvadrata uyğun mənzillə təmin edilmələridir.
Sakinlərə ödənilən kompensasiyanın məbləği barədə məlumat olmasa da, prosesin olduqca sakit və problemsiz getməsi göstərir ki, yüksək məbləğ ödənilib.
Xatırladaq ki, bir neçə il öncə Sabunçu Rayon İcra Hakimiyyəti hazırda sökülməkdə olan binaları abadlaşdırmış, təmir etdirmiş, fasadları və balkonları yeniləmişdi. Binaların qarşısında yaşıllıqlar salınmışdı.
Ancaq tikililərin həddən artıq köhnəliyi səbəbindən təmir işləri onları qorumağa şans vermədi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv