Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
HADİSƏ

Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı

<b>Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı</b>

Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərir, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub. Nəticədə sürüşməyə meylliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb

Axar.az xəbər veir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb: “Əhalinin bu ərazidən vaxtında köçürülməsi nəticəsində xəsarət alan olmayıb”.
E. Əzizov bildirib ki, hazırda RİH nümayəndələri ərazidədirlər və Nazirlər Kabinetinin verəcəyi qərara uyğun müvafiq tədbirlər həyata keçiriləcək: “Bu ərazidə sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər olub. Sonuncu böyük sürüşmə hadisəsi 2000-ci ildə baş verib. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur.
19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin təqribən 20-25 %-in ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikildiyi müəyyən edilib. Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır. Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək, münasibət bildirmək hələ tezdir. Ancaq mütəxəssislərin ilkin verdikləri rəyə görə sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz 1 gecəyə tikilən zəif evlərdir”.
E. Əzizov qeyd edib ki, ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadır:
“Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. Rayon İcra Hakimiyyəti tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv