Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
TÜRK DÜNYASI

Afrində ən vacib döyüş: Ordu hazırdır...

<b>Afrində ən vacib döyüş: Ordu hazırdır...</b>

Afrin istiqamətində strateji əhəmiyyətə malik Cinderes düzənliyindəki kənd və yüksəkliklərin mühüm hissəsində nəzarəti təmin edən və müdafiə həlqəsini yaran türk ordusu həlledici hücuma hazırlaşır

Axar.az xəbər verir ki, Türkiyə mətbuatı Cinderes istiqamətində hücumun hər an başlaya biləcəyini yazıb.
Cinderesin azad edilməsi ilə dağlıq ərazidə mövqe tutan terrorçulara silah-sursat göndərilməsinin qarşısı birdəfəlik alınacaq.
Şəhərdaxili əməliyyatlarda böyük təcrübəyə malik jandarma və polis xüsusi təyinatlılarının da iştirakı nəzərdə tutulan əməliyyatla türk ordusu düşmənə ağır zərbə vurmağı planlaşdırır. Qurudan irəliləyən türk ordusuna həmçinin Hatay sərhədindəki artilleriya birləşmələri, tanklar və F-16 qırıcı təyyarələri ilə dəstək veriləcək.
Qeyd edək ki, mülki itkiləri minimuma endirməyi hədəfləyən TSQ Cinderes uğrunda gedəcək döyüşlərdə iştirak üçün Afrinə Sur, Cizrə və Nusaybində aparılan xəndək döyüşlərində təcrübə toplamış hərbçiləri (“Xəndək qəhrəmanları”) cəlb edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv