Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
İQTİSADİYYAT

İnnovativ sənayenin inkişafına həsr olunmuş Konfrans keçirilib

<b>İnnovativ sənayenin inkişafına həsr olunmuş Konfrans keçirilib </b>

Fevralın 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın innovativ sənaye trendləri: mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda Konfrans keçirilib

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələri və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini, bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, sənaye parkları və məhəllələrinin, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələrinin yaradıldığını və ixrac potensialının yüksəldiyini vurğulayıb. Nazir müavini həmçinin, Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflər üzrə 2017-ci ildə görülmüş işlər və bu il həyata keçiriləcək tədbirlərdən danışıb, sənayedə yerli istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, innovasiya əsaslı sənayenin inkişafında elmi tədqiqat institutlarının və universitetlərin rolunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışlarında elmtutumlu və innovasiyalara əsaslanan istehsalın genişləndirilməsinin, bilik iqtisadiyyatının yaradılmasının, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanmasının Azərbaycan sənayesinin əsas inkişaf istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə görülən işlərin daha effektiv olması üçün elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıblar.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov və “Sumqayıt Kimya Sənaye Parkı”nın nümayəndəsi Ayaz Allahverdiyev isə çıxışlarında sənayenin innovativ inkişaf formaları, istehsalın intellektuallaşdırılması, yüksək informasiya texnologiyalarının və elmi-texniki nailiyyətlərin sənayedə tətbiqinə dair fikirlərini bölüşüblər.
Konfransda innovativ sənaye istehsalının artırılmasına dair təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv