Son xəbərlər
15 İYUL
14 İYUL
13 İYUL
12 İYUL
İQTİSADİYYAT

Salyanda güzəştli kreditlərdən istifadə etməklə aqropark və istixana kompleksi yaradılır

<b>Salyanda güzəştli kreditlərdən istifadə etməklə aqropark və istixana kompleksi yaradılır </b>

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir

Bu istiqamətdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forum fevralın 16-da Salyan rayonunda keçirilib.
İşgüzar forumda sahibkarlara Fond tərəfindən Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq, istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat güzəştli kredit ayrılıb.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 343 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda və istixana kompleksində aparılan işlərə baxış keçirilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Salyan rayonunda yaradılır. 3000 hektar ərazidə iri fermer təsərrüfatının və 2000 başlıq ətlik istiqamətli cins heyvandarlıq kompleksinın daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv