Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
İQTİSADİYYAT

İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

<b>İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib</b>

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq fevralın 16-da Biləsuvarda keçirilib.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan Konfransda Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat veriblər. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda konfrans və dəyirmi masalar təşkil olunur, istehlakçıların elektron ünvanlarına ticarət qaydalarına əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirici məlumatlar göndərilir. Təkcə ötən il ərzində istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsullarla bağlı 54 maarifləndirici məlumat kütləvi informasiya vasitələrində yayımlanıb.
Sahibkarların, ictimai təşkilatların nümayəndələrinin və 200-ə yaxın istehlakçının iştirak etdiyi konfransda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
Həmin gün həmçinin, Biləsuvarda malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda treninq keçirilib. Treninqdə Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sualları cavablandırıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv