Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
SOSİAL

Dayanmadan qar yağdı, uçqun baş verdi - Foto

<b>Dayanmadan qar yağdı, uçqun baş verdi - Foto</b>

Fevralın 18-i gündüzdən 19-u səhərədək Bakıda dayanmadan yağış, bölgələrdə isə qar yağıb. Hətta Şahdağda qarın hündürlüyü 53 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.
Qar örtüyünün hündürlüyü isə Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Kişçayda 14, Rvarudda 12, Lerikdə 11, Kürmükçay-İlisu HM (Qaxbaş), Yardımlıda 10, İsmayıllı, Sarıbaşda 8, Kəlvəzdə 6, Şamaxıda 5, Ağdərədə 4, Şahbuz, Şəmkir, Qəbələdə 3, Şərur, Gəncədə 2, Şəki, Mərəzə, Qusarda 1 santimetr olub.
Qubanın dağlıq ərazilərində - Xınalıqda 43, Qırızda 40, Ləzədə 31, Nohurdüzündə 21, Qonaqkənddə 20, Qırızda 13, Xaltanda 12, Təngəaltıda qar 8 sm təşkil edib.
Yağan qar uçquna da səbəb olub. Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Azərtac həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsinin kəsildiyini xəbər verib.
Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatır.
Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv