Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
SOSİAL

Nazirlik yenə əhalini günahkar çıxardı – Dərmanlar...

<b>Nazirlik yenə əhalini günahkar çıxardı – Dərmanlar...</b>

Dərmanın əlavə təsiri və doza həddinin aşılması insanlar tərəfindən keyfiyyətsiz kimi qəbul edilir

Axar.az xəbər verir ki, bu sözləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin qeydiyyat-ekspertiza şöbəsinin müdiri Ulduz Eyvazova dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.
U.Eyvazova bildirib ki, istər ağrıkəsici, istərsə də hər hansı xəstəlikdə istifadə edilən dərmanın istifadə qaydası var.
“Hər bir dərmanın içlik vərəqində bu barədə məlumat yazılıb. Dərmanın düzgün qəbul edilməməsi, ev şəraitində düzgün saxlanmaması səbəbindən bəzən zəhərlənmələr baş verir. Məsələn, şərbət, göz damcılarının ilkin açılmadan sonra 28 günə qədər yararlılıq müddəti var. Çox zaman təcrübədə görürük ki, uşaq üçün öskürəyə qarşı alınan şərbətlər ilk açılandan bir il sonra qəbul edilir. Bu zaman əlbəttə, istənilən keyfiyyət aşkar edilməyəcək. Bundan başqa, bəzən birdəfəlik yox, sutkalıq doza qəbul edilir”.
U.Eyvazova onu da əlavə edib ki, bununla yanaşı bədənin fərdi həssaslıq dərəcəsi də var. Dərman qəbul edilərkən bunu da nəzərə almaq lazımdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv