Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
MƏDƏNİYYƏT

“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək

<b>“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək</b>

Fevralın 22-i saat 15-00-da Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək

Avrasiya.net xəbər verir ki, yazıçı-dramaturq Novruz Nəcəfoğlunun “Yollar uzanan gün...” povestinin motivləri əsasında lentə alınan filmin quruluşçu rejissoru Ceyhun Şüküroğludur.
Filmdə Qarabağ müharibəsi, o illərin ağrı-acısı, müharibənin ailələrin, insanların taleyində buraxdığı qanlı izlər barəsində danışılır.
Quruluşçu operatoru Emin Rəhimov, quruluşçu rəssamı Bəxtiyar Quliyev, montaj rejissoru İsmayıl Musayev olan “Yollara uzanan gün”də səslənən mahnının bəstəkarı Oktay Rəcəbova, ifaçı isi Azər Zeynalova məxsusdur.
Filmdə çəkiliblər: Təvəkkül Əhmədov, Əjdər Həmidov,Gülər Əhmədova, Günay Şuşalı, Rafiz Mehdizadə, Elnar Qarayev, Nağı Nağıyev, Cabir Əmrahov, Nuriyyə Müzəffərova və Üzeyir Fətəliyev.
Filmin redaktoru Aydın Tağıyev, prodüseri Fikrət Nuşiyev, direktoru isə Ramil Ələkbərovdur.
Xatırladaq ki, Ceyhun Şüküroğlu (Cümşüdov) - rejissor, prodüser, aktyordur. 1973-cü il yanvar 13-də Şabran şəhərində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, AzTV-də rejissor kimi çalışıb. Hazırda İctimai Televiziyada böyük rejissordur. 2014-cü ildən Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvüdür. 2016-cı ildə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalı ilə, 2017-ci ildə "Vətən naminə" medalı ilə təltif olunub.

Filmoqrafiya:

“Yanmış körpülər” (2003, rejissor assistenti), “Şans” (2004, rejissor assistenti), “Qovğalı kəndinin gecələri” (2008, aktyor, prodüser), “Sonuncu dərviş” (2009, prodüser), “Bizim jek” (2010, rejissor və aktyor), “Saqqallı uşaq” (2010, rejissor), “Gəl təzədən evlənək” (2012, rejissor), “Üç görüş” (2012, rejissor), “Həqiqətin şahidləri” (sənədli-bədii, 2016, rejissor),”Xocalı və xocalılar”televiziya tamaşası(2016) rejissor “Tamamlanmamış əsər” (2017, sənədli, rejissor). “Yollar uzanan gün...” (2017) rejissor.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv