Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
İQTİSADİYYAT

Problemli kreditlərlə bağlı mühüm – Təklif

<b>Problemli kreditlərlə bağlı mühüm – Təklif</b>

Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, toksit aktivləri və eləcə də problemli kreditləri səhmləşdirib, qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir

Axar.az xəbər verir ki, bu sözləri son günlərin ən çox müzakirə olunan məsələsi - xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi imkanları haqda danışan iqtisadçı ailm Vüqar Bayramov deyib. Ekspert bildirib ki, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir:
“İqtisadi və Sosal İnkişaf Mərkəzi olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu, “üç tərəfli güzəşt” mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni üçdə birini qarşılayır. Əgər müştəri 1,05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1,70-dirsə, o zaman yaranan 0,65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir”.
İqtisadçının sözlərinə görə, bu mexanizmdə tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür:
“Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bank heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanı qazanır. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksit aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksit aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla, bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan biz də Azərbaycanda “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv