Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

Vahid Poeziya Evi “La Fantaine” oldu

<b>Vahid Poeziya Evi “La Fantaine” oldu</b>



Azərbaycanın görkəmli şairi Əliağa Vahidin adına olan poezia evinin adı dəyişdirilib və hazırda fransız şairi və yazıçısı “La Fantaine”nin (Jan de Lafonten) adını daşıyır.
İçəri şəhərin başlanğıcında yerləşən Filarmaniya bağında Əliağa Vahidin adını daşıyan poezia evinin adının dəyişdirilməsi məyusedici hadisədir. Vahid Poeziya Evi uzun illər boyu sənət ocağı olub. Azərbaycanın böyük sənətkarları, yazıçıları, şairləri, muğam ustaları zaman-zaman bu məkana toplaşıblar və Vahid Poeziya Evinin hər daşında bu gün qürur duyduğumuz insanların izləri yaşayır. .
Əliağa Vahidin adını daşıyan poeziya evinə bir çoxlarımıza tanış olmayan fransız yazıçısı Jan de Lafontenin adının verilməsinin səbəbini anlamaq mümkün deyil.
Maraqlıdır ki, hazırda Jan de Lafontenin adını daşıyan tikilinin üzərindəki reklam lövhəsi də fransız dilində yazılıb. Unutmaq lazım deyil ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və hər bir sahibkar bunu nəzərə almalıdır.
Qeyd edək ki, Gunaz.az portalının əməkdaşları ad dəyişikliyi ilə bağlı tikilinin yeni çalışdırıcılarından tutarlı cavab ala bilməyiblər.
Mövzuya yenidən qayıdacağıq.

Bilman Allahverdiyev
Gunaz.az









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv