Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
TÜRK DÜNYASI

Türk rəsmilər Xocalı faciəsindən yazdı

<b>Türk rəsmilər Xocalı faciəsindən yazdı</b>

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı qardaş Türkiyənin rəsmi simaları Azərbaycan xalqına başsağlığı verib, dəstək mesajları yayımlayıb

Axar.az xəbər verir ki, TBMM sədri İsmayıl Qəhrəman, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın və Baş nazir Binəli Yıldırım Türkiyənin Azərbaycanın haqq davasında yanında olduğunu vurğulayıb.
TBMM sədri İsmayıl Qəhrəman bəşər tarixinin ən qanlı qətliamlarından birinin Xocalıda yaşandığını xatırladaraq, yazıb: “Ermənistan dövlətinin bugünkü rəhbərlərinin də əli olan bu qətliam bəşəriyyət tarixinə utanc sənədi olaraq qeyd edilmişdir”.
Türkiyənin Baş naziri Binəli Yıldırım isə “Türkiyə Cümhuriyyəti olaraq qardaş Azərbaycan xalqının Xocalıda üzləşdiyi bu vəhşəti və Azərbaycan torpaqlarının təxminən 20 faizinin 25 ildən artıq müddətdir davam edən işğalını ən sərt şəkildə qınayırıq” deyib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Xocalı faciəsinin 26-cı ildönümündə şəhidlərimizi rəhmətlə yad edərək, hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.
Qeyd edək ki, bu gün XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımından 26 il ötür.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv