Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

BAXCP-də görüş

<font color=red><b>BAXCP-də görüş </b></font>

Qüdrət Həsənquliyev İraq Türkmeneli Partiyasının sədrini qəbul edib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mənzil qərargahında İraq Türkmeneli Partiyasının sədri Riyaz Sarıkahya ilə görüşüb. Görüşdə İraq türkmənlərinin mövcud durumu, dil, təhsil və mədəniyyətlə bağlı problemlər və digər məsələlər müzakirə olunub.
Bölgədə və İraqda baş verən hadisələrdən ən çox zərər çəkən xalqlardan birinin də İraq türkmənləri olduğu vurğulanıb. BAXCP sədri İraq türkmənlərinin azərbaycanlılarla qardaş olduğunu, eyni soy-kökdən gəldiklərini və ortaq mədəniyyətə sahib olduqlarını bildirib. Qüdrət Həsənquliyev qeyd edib ki, BAXCP İraq türkmənlərinin siyasi hüquqlarını müdafiə edən Türkmeneli Partiyası və İraq türkmənləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Riyaz Sarıkaya Azərbaycana gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib və İraq türkmənlərinin Azərbaycandan gözləntilərinin olduğunu diqqətə çatdırıb.
Görüşdə Türkmeneli Partiyasının səlahiyyətli nümayəndəsi Şalan Bıkhan, İraq türkmənlərinin Azərbaycanda təhsil alan tələbələrərinin təmsilçisi Yahya Ali Mehdi, BAXCP-nin baş katibi Yaşar Kələntərli və BAXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elçin Mirzəbəyli də iştirak edib.


photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv