Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
TÜRK DÜNYASI

Afrində türk ordusuna xain tələ: 30 min insan...

<b>Afrində türk ordusuna xain tələ: 30 min insan...</b>

Afrində TSQ və ASO-nun hücumları qarşısında tab gətirə bilməyən terrorçular növbəti tələyə əl atıb

Axar.az xəbər verir ki, qovulduqları ərazidən çıxan terrorçular həmin bölgənin yerli əhalisini də özləri ilə birlikdə Afrinin mərkəzi hissələrinə aparıb.
Məlumata görə, PKK-YPG-PYD terrorçuları bununla da Afrin ətrafında 30 mindən çox mülki insan məskunlaşdırıb. Terrorçuların bu insanlardan türk ordusunun hücumu zamanı canlı qalxan olaraq istifadə edəcəyi bildirilib. Terrorçuların həmçinin Afrinin mərkəzində yaşayan insanları səngər qazmağa, istehkam qurmağa məcbur etdiyi və türk ordusunun şəhər mərkəzinə gözlənilən hücumuna qarşı məcburi şəkildə döyüşməyə vadar etdiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusunun Afrində mülki insanları qorumaq həssaslığına görə jandarma və polis xüsusi təyinatlıları da Afrin əməliyyatına cəlb olunmuşdu.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv