Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
TÜRK DÜNYASI

Türkiyə İraqa müraciət etdi: edam cəzası alan 16 qadın...

<b>Türkiyə İraqa müraciət etdi: edam cəzası alan 16 qadın...</b>

Türkiyə İŞİD cərgələrinə qoşulan və hazırda İraqda həbsdə olan vətəndaşları ilə bağlı rəsmi Bağdada müraciət edib

Axar.az xəbər verir ki, Bağdadın təklifi müsbət qarşılamadığı bildirilib.
Məlumata görə, Türkiyə XİN təmaslarından sonra İraqda 3 ayrı həbsxanada saxlanılan türklər Bağdad yaxınlığında bir yerə toplanıb. Bundan sonra həmin şəxslərin kimliklərinin təyin edilməsi istiqamətində iş aparılıb. Bu mənada qadın və uşaqlara xüsusi diqqət ayrılıb. Türkiyə həmçinin haqqında edam qərarı çıxarılmış 16 türk vətəndaşı barədə müraciət etsə də, İraq hökuməti müraciəti cavabsız qoyub. Hazırda Türkiyənin əsas diqqətinin 12 yaşdan aşağı uşaqlara yönəldiyi qeyd olunub. İraq qanunları 12 yaşdan yuxarı olanları uşaq kimi qəbul etmədiyi üçün bu yaş kateqoriyası ilə bağlı müraciətlər dəyərləndirilməyib.
Qeyd edək ki, İraq Mərkəzi Cəza Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadını edam cəzasına məhkum edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv