Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
TÜRK DÜNYASI

Vahabzadə adına lisey direktoru cəzalandı - Oynadığına görə

<b>Vahabzadə adına lisey direktoru cəzalandı - Oynadığına görə</b>

Noyabrın 10-da, Mustafa Kamal Atatürkün vəfatının ildönümündə qol qaldırıb oynayan lisey direktoruna cəza verilib

Sputnik xəbər verir ki, müxalif CHP-dən olan millət vəkili İbrahim Özdişin gündəmə gətirdiyi hadisəyə Türkiyənin Təhsil naziri İsmət Yılmaz cavab verib.
Nazir Atatürkün ölüm günündə Adanada yerləşən Bəxtiyar Vahabzadə adına liseyin həyətində rəqs edən direktor Sırrı Huyluya maaş cəzası kəsildiyini bildirib.
"Adana valiliyinin mənə verdiyi məlumata görə, sözügedən şəxsin maaşından pul kəsilib. Ancaq bu, hələ son deyil. Direktor Sırrı Huylu vilayət daxilində yer alan məktəblərdən birinə müəllim kimi işləməyə göndəriləcək", - İ.Yılmaz bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv