Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
İQTİSADİYYAT

“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və sərgi-satış yarmarkası keçirilib

<b>“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və sərgi-satış yarmarkası keçirilib</b>

Fevralın 27-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb. Nazir müavini 29 yanvar 2018-ci il tarixində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Respublikası Prezidentinin iri şirkətlərin sosial məsuliyyəti, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstəyin göstərilməsi ilə bağlı tapşırığını vurğulayaraq, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən davamlı işlərin aparıldığını bildirib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli sosial müdafiə sisteminin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin tərkib hissəsi olduğunu və əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, özünüməşğulluq proqramı çərçivəsində qurulan ailə təsərrüfatlarının ölkədə kiçik biznesin genişlənməsinə yeni imkanlar yaratdığını qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova özəl bölmənin inkişafında qadınların rolu, qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər, ölkədə bu sahədə yaradılmış geniş imkanlar barədə çıxış edib.
Özəl bölmənin inkişafı üçün ölkəmizdə əlverişli işgüzar mühitin yaradıldığnı vurğulayan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev "ABAD" tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə biznesinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edərək, kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Tədbirdə iri şirkətlərin nümayəndələrinin kiçik biznes layihələrinə dəstəyi istiqamətində çıxışları dinlənilib, “ABAD” layihəsi, özünüməşğulluq proqramı, habelə kiçik sahibkarların təklif etdiyi iş və xidmətlərə dair təqdimatlar keçirilib. Sahibkarlar belə tədbirlərin sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları 200-dək kiçik sahibkarlıq subyektinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası ilə tanış olublar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv