Son xəbərlər
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
MƏDƏNİYYƏT

Qazax dilində Heydər Əliyevlə bağlı kitab çapa hazırlanıb

<b>Qazax dilində Heydər Əliyevlə bağlı kitab çapa hazırlanıb</b>

Beynəlxalq Türk Akademiyası (TWESCO) ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş kitab üzərində işləri yekunlaşdırmaq üzrədir

Bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.
“Heydər Əliyev və türk dünyası” adı altında qazax dilində hazırlanacaq yeni kitabda Ulu öndərin həyat və fəaliyyəti, onun türkdilli dövlətlərə səfərləri, iki və çoxtərəfli formatda görüşləri yer alır. Eyni zamanda, kitabda ümumilli liderin türk xalqlarının ortaq dəyərləri ilə bağlı qiymətli fikir və çıxışları, türkdilli dövlətləri əhatə edən təşkilatların formalaşdırılması və türk xalqlarının inteqrasiyasına töfhəsi kimi mövzular əksini tapır.
Akademiya rəhbərinin sözlərinə görə, yeni nəşr may ayınadək qazax oxucuların ixtiyarına veriləcək. Layihə ulu öndərin yubiley tədbirləri çərçivəsində Bakıda və Astanada təqdim olunacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv