Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
HADİSƏ

Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

<b>Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib</b>

AZƏRTAC xəbər verir ki, “Bir əsrin xatirəsi” mövzusunda təşkil olunan tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlanıb. Şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.
Məktəbin akt zalında davam edən tədbirdə direktor Sevinc Abbasova 100 ildir ki, fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb. Qeyd edilib ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub.
S.Abbasova məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Məhəbbət Vəliyeva məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
M.Vəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. Qeyd edilib ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 100 yaşlı tədris ocağı həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur.
BŞTİ-nin müdiri Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunduğunu söyləyib, təhsil sahəsində aparılan islahatlardan və əldə olunan uğurlardan söz açıb.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev son illərdə paytaxtın ümumtəhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən bəhs edib. Ş.Hacıyev Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini bildirib.
Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatı haqqında şeir, mahnı ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.
Sonda BŞTİ və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Səbail rayon təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə fəxri fərman və hədiyyələr təqdim edilib.
Tədbirdə məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv