Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Bakının marşrutları da çökdü – Açıqlama

<b>Bakının marşrutları da çökdü – Açıqlama</b>

Bu gün səhər saatlarında Bakı şəhərinin nəqliyyat sistemində də gecikmə yaşanıb

Axar.az xəbər verir ki, marşrutlar üçün artıq ənənə halını almış gecikmələrlə bağlı ənənəvi bəhanə gətirilib.
Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı yaydığı məlumatda bildirib ki, səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilib. Bu sıxlıq səbəbindən də bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.
Dəfələrlə vurğulanan bu izahat ona görə bəhanə kimi qəbul olunur ki, böyük gecikmədən sonra eyni xətt üzrə hərəkət edən 4-5 marşrut avtobusu ardıcıl hərəkət edir. Tıxaca marşrutların ardıcıl düşməsi və ardıcıl da tıxacdan çıxıb, ardarda sıralanması sadəcə, məntiqsizlikdir.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı Metropolitenində də qatarların hərəkətində ciddi problem yaranıb. Metronun “Nəriman Nərimanov” stasiyasında yaranmış texniki problem səbəbilə stansiyalarda qatarlar 15-20 dəqiqəyə qədər ləngiyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv