Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
İQTİSADİYYAT

Dollara tələb artdı: nəticə necə olacaq?

<b>Dollara tələb artdı: nəticə necə olacaq?</b>

Fevral ayında dollara tələbin yüksəlməsi qeydə alınıb

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bu ilin ilk ayında hərraclarda 299,1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib:
“Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ayla müqayisədə 21 faiz yüksəlib. 2017-ci ilin yanvarında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satıb”.
Dollara tələbin artması nə ilə bağlıdır və növbəti aylarda tələb necə dəyişəcək?
Suala cavab verən V.Bayramov qeyd edib ki, dollara tələbin artması idxalın və eləcə də büdcə xərcləmələrinin çoxalması ilə bağlıdır:
“Monitorinqlər göstərir ki, yığımlarda da artım qeydə alınır. Mərkəzi Bankın statistikasına əsasən, bu ilin yanvarında dollar satışı əvvəlki ilin uyğun ayı ilə müqayisədə çox olub. Məlumata görə, bu ilin yanvarında idxalımız 688 milyon 625 min dollar olub. 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında idxal 51% artıb. Belə ki, ötən ilin yanvarında idxalımız 450 milyon 36 min dollar idi. Göründüyü kimi, idxalın həcminin artması dollara tələbi artıran əsas faktordur. Digər tərəfdən, hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir. Bu isə o deməkdir ki, idxal birbaşa dollara olan tələbi müəyyənləşdirir”.
Ekspert qeyd edib ki, dollara tələbin martda da yüksək olacağı gözlənilir:
“Bu həm martda qeyri-iş günlərinin sayının çox olması səbəbindən xarici səfərlərə marağın yüksəlməsi, həm də bayramlarla bağlı olaraq idxalın artması ilə əlaqədardır. Dollara tələbin yüksəlməsinə baxmayaraq, milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Güman ki, növbəti aylarda da məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv