Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
İQTİSADİYYAT

Bu xəritədə Azərbaycanın yeri… - Ekspert

<b>Bu xəritədə Azərbaycanın yeri… - Ekspert</b>

2018-ci ilin intellekt əmsalı xəritəsində Azərbaycanın göstəricisi 80-dir

Axar.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu tərtib edilən xəritəyə əsasən verib.
“İQ (aykü) ingiliscə “İntelligence Quotie” sözündən götürülməklə hər bir insanın düşünmə qabiliyyətini və məlumat dərəcəsini müqayisəli olaraq ölçmək üçündür. İQ-yə "İntellekt əmsalı" da deyilir. Əslində İQ testləri bilik səviyyəsini deyil, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir və bu testlə uşaqların təfəkkürünün inkişafı ölçülür.
Bu xəritədə 2018-ci il üçün İQ testinin orta nəticəsi təqdim olunur. Azərbaycanda bu göstərici 80-dir. Təəssüf ki, bu göstəriciyə görə biz çox ölkələrdən geri qalırıq. Yaxın Şərqdə və Balkanlarda yerləşən ölkələrlə rəqabət apara bilsək də, intellekt əmsalımız onlardan azdır”, - ekspert qeyd edib.
Sözügedən xəritəyə əsasən, intellekt əmsalı ən yüksək olan ölkələr İtaliya, Norveç, Böyük Britaniya, İslandiyadır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv